Hələbdə Suriyanın helikopteri vurulub

14 Fevral 2020 19:19

Hələbdə Suriyanın helikopteri vurulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Suriya müxalif silahlıları prezident Bəşər Əsədə sadiq qüvvələrin helikopterini vurub.

Məlumata görə, insident əyalətin qərbində baş verib.

Qeyd edək ki, bu, son bir həftə ərzində vurulan ikinci helikopterdir.

Milli.Az