İstanbulda bina çökdü - VİDEO - FOTO

14 Fevral 2020 16:37

İstanbulun Bahçelievler ərazisində bir ay öncə sakinləri köçürülən 4 mərtəbəli bina uçub.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, xilasedicilər yoldan keçənlərin dağıntı altında qalıb-qalmadığını müəyyənləşdirmək üçün hadisə yerində araşdırma aparırlar. Əraziyə polis və təcili yardım əməkdaşları da cəlb edilib.

Bina çökərkən yaxınlığındakı binaya da zərər vurub.

Bu da uçan binanın son halı:

Təhməz Təkin
Milli.Az