Səssizliyini pozub ilk dəfə onlardan danışdı

14 Fevral 2020 19:09

Türkiyənin məşhur aktyoru Kerem Bürsin keçmiş sevgilisi Serenay Sarıkayanın komediya ulduzu Cem Yılmazla eşq yaşaması xəbərinə münasibət bildirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, "İkinci Sayfa" maqazin proqramına danışan Kerem 3, 5 illik sevgilisinə xoşbəxtlik arzu edib:

"Mənim sevgilim yoxdur, 14 fevral günü də çəkilişdəyəm. Sizin soruşduğunuz mövzu barədə çox məlumatlı deyiləm. Heç bilmək də istəmirəm. Düşünürəm ki, bu məsələnin mənimlə əlaqəsi yoxdur. Xoşbəxt olsun. Hər şey gözəl olsun! Açıqlamam bu qədərdir".

Milli.Az