Yerin üçdə ikisi koronavirusa yoluxa bilər - ÜST

14 Fevral 2020 23:11

Koronavirusa Yer əhalisinin üçdə ikisi yoluxa bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının müşaviri Ayru Londcini deyib. Onun sözlərinə görə, xəstəliyin yayılmasını karantin zəiflədə bilər.

Londcini koronavirusa yoluxan hər insanın infeksiyanı iki-üç insana ötürdüyünü söyləyib.

Milli.Az