Çin koronavirusla mübarizəyə 11,5 milyard dollar ayırıb

14 Fevral 2020 14:52

Çin hökumətinin koronavirusla mübarizəyə ayırdığı vəsaitin həcmi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün Çinin Maliyyə nazirinin köməkçisi Ou Venxan bildirib ki, koronavirusla mübarizəyə 80,5 milyard yuan (11,5 milyard dollar) məbləğində vəsait ayrılıb.

O qeyd edib ki, epidemiya ilə mübarizədə faktiki xərclər 41 milyard yuan (5,87 milyard dollar) təşkil edib.

Milli.Az