"Bavariya" ciddi itki ilə üzləşib.
Milli.Az Sport24.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisinin əsas qapıçısı Manuel Noyer xəstəlikdən əziyyət çəkir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 33 yaşlı qolkiper Bundesliqanın 22-ci turu çərçivəsində qarşılaşacaqları "Köln"lə oyunu buraxa bilər. "Bavariya"nın kapitanı olan futbolçu xəstəlik səbəbindən son məşqlərdə də iştirak edə bilmir.
"Köln" - "Bavariya" matçı fevralın 16-da keçiriləcək.
Milli.Az