Badamdarda yenidən torpaq sürüşməsi oldu - FOTO

14 Fevral 2020 13:14

Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar şossesinin ətrafındakı yamacda qeydə alınıb.

Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb.

Aidiyyəti qurum əməkdaşları hadisə yerinə yollanıb.

Xatırladaq ki, ərazidə artıq 3-cü dəfədir ki, sürüşmə olur.

Milli.Az