Polis məmuru özünü və sevgilisini MAŞINDA PARTLATDI - FOTO

14 Fevral 2020 22:37

Serbiyada 2 uşaq atası 31 yaşlı polis məmuru gizli eşq yaşadığı qadının onu tərk etməsinə əsəbləşərək özünü və sevgilisini maşında partladıb.

Milli.Az xəbər verir ki, Serbiyada Vojvodina bölgəsində yaşayan evli, 2 uşaq atası Pavle Rakonjak, qızının getdiyi bağçada dərs deyən müəllimə ilə gizli eşq yaşayıb. Məmur və Marina adlı sevgilisi 2 ilə yaxın gizli münasibətdə olublar. Bağça müəlliməsi olan gənc qadın sevgilisindən ayrılmaq istəyib. Marinanın yaxın dostları bildiriblər ki, o sevgilisindən ayrılıb, həyatında yeni səhifə açmağa qərar verib. Hətta buna görə işdən də çıxıb. Lakin Rakonjak sevgilisinin ayrılmaq fikrindən daşınmadığını görüb, əsəblərini cilovlaya bilməyib. O sevgilisinin və özünün olduğu ''Opel Vecrta'' markalı avtomobilini əl bombası ilə partladaraq havaya uçurub. Nəticə də hər iki aşiq partlama nəticəsində həyatını itirib. (ölkə.az)

Milli.Az