"Mançester Yunayted"in transferinə koronavirus əngəli

14 Fevral 2020 15:04

"Mançester Yunayted"in Çinin "Şanxay Şenxua" klubundan icarəyə götürdüyü Odion İqalo hələ də komandaya qoşulmayıb.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, hücumçu Çində yayılan koronavirus şübhəsinə görə, komandayla birgə çalışmır.

Xüsusi məşqçi ilə fərdi çalışan İqalonun bütün testlərdən keçdikdən və nəticəsi dəqiqləşəndən sonra komandaya qoşulacağı bildirilir.

İqalonun durumu iki həftə sonra dəqiqləşəcək. Futbolçu hazırda taekvondo salonunda məşq edir.

MY İqalonu mövsümün sonuna qədər icarəyə götürüb.

Milli.Az