Afaq Aslandan Sevgililər Günü paylaşımı: Kimdə varsa, qorusun! - FOTO

14 Fevral 2020 09:59

Müğənni Afaq Aslan daha bir "cəsarətli" addım atıb. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, müğənni sosial şəbəkə hesabında açıq-saçıq geyimdə fotosunu paylaşıb.

Sevgililər Günü ilə bağlı sevənlərə mesaj yazan müğənni paylaşdığı fotonun altında bu sözləri qeyd edib:

"Qoy sizin həyatınızda Sevgi həmişə böyük hərflə başlasın! Kimdə hələ yoxdursa, tapmağı arzu edirəm. Kimdə varsa, qorusun! Sevgililər Gününüz mübarək!" 

Müğənninin fotosu qısa zamanda izləyicilərin böyük marağına səbəb olub. 

Milli.Az