Ana olmaq üçün gün sayan Bergüzar paparazzilərə hədəf oldu - FOTO

14 Fevral 2020 12:04

Türkiyəli aktrisa Bergüzar Korel rəfiqəsi ilə İstanbulun Nişantaşı səmtində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ikinci dəfə ana olmağa hazırlaşan aktrisa 8 ay yarımlıq hamilə olduğunu bildirib.

B.Korel övladını qucağına almağa az vaxt qaldığını və çox həyəcanlı olduğunu söyləyib.

Qeyd edək ki, aktrisa həmkarı Halit Ergənçlə ailəlidir. Onların bu nikahdan bir oğlu var.

Milli.Az