Madonna fanatlarına görə konsertinə işıqsız davam etdi - VİDEO

14 Fevral 2020 10:39

Amerikalı müğənni Madonna "Madame X" turnesi çərçivəsində Londonda verdiyi konsertdə musiqi və işıq olmadan da tamaşaçıları coşdura biləcəyini sübut edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, saatlar 23:00 göstərərkən gözlənilmədən "Palladium" sarayının işıqları söndürülüb və pərdələr qapadılıb. Təşkilatçılar bununla ifaçıya konsertin başa çatdığını xatırlatmaq istəyiblər.

Lakin pərəstişkarlarının Madonna deyə çağırışı onu yenidən səhnəyə qaytarmağa vadar edib. Pərdəarxasından çıxan ifaçı musiqisiz və mikrafonsuz sevənlərini əyləndirməyə davam edib.

Milli.Az