Ucarda 6 otaqlı ev yanıb

14 Fevral 2020 09:09

Ucar rayonunun Aplout kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az