Paytaxtda əcnəbi vətəndaş qarət edildi
17 Aprel 2010 13:00
Milli.Az Daxili İşlər Nazirlyinin saytına istinadən xəbər verir ki, hadisə aprelin 15-də Bakının Nizami rayonunda baş verib. Naməlum şəxs Rusiya vətəndaşı Maksim Tabakova hücum edərk onu qarət edib.
Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Emin Heydərov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Milli.Az