ABŞ Senatı Trampın İran üzrə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib

14 Fevral 2020 08:51

ABŞ Senatı ölkə prezidenti Donald Trampın İranla hərbi əməliyyatlar aparmaq üzrə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu qətnamənin lehinə 55, əlehinə isə 45 senator səs verib.

Bildirilir ki, sənəd demokrat Tim Keyn tərəfindən irəli sürülüb. Qətnamənin mətni D.Trampı "30 gün ərzində İrana qarşı yönəlmiş bütün düşmənçilik hərəkətlərini dayandırmağı" məcbur edir.

Milli.Az