Hubey əyalətində koronavirusa yoluxanların sayı artıb

14 Fevral 2020 08:36

Çinin Hubey əyalətində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı artıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə regional səhiyyə komitəsindən bildiriblər.

Məlumata əsasən, gün ərzində əyalətdə 116 nəfər ölüb, 4823 nəfər isə yeni növ koronavirusa yoluxub və yoluxanların ümumi sayı 51986 nəfər çatıb.

Qeyd edək ki, dekabr ayının sonunda Çin hakimiyyətində Hubey əyalətinin Uxan şəhərində yeni növ koronavirusun yaylması barədə məlumat veriblər. Fevralın 11-i Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa COVID-19 adı verib.

Fevralın 13-ü üçün olan məlumatlara əsasən, Çində 59493 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onlardan 1353 nəfəri ölüb.

Milli.Az