ABŞ hakimiyyəti "Huawei" və onun maliyyə direktoruna qarşı yeni ittihamlar irəli sürüb

14 Fevral 2020 08:27

ABŞ hakimiyyəti Çinin "Huawei" şirkətinə və onun maliyyə direktoru Men Vançjouya qarşı yeni ittihamlar irəli sürüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeni ittihamlar bu şirkət tərəfindən "cinayət yolu ilə mülkiyyəti ələ keçirmə" iddiası ilə bağlıdır.

Bildirilir ki, "Huawei" 2000-ci ildən başlayaraq ABŞ-da "intellektual mülkiyyəti qanunsuz və qəsdən mənimsəmə" ilə mşğul olub.

Qeyd edək ki, Çinin "Huawei" şirkəti ötən ilin may ayından ABŞ-ın "qara siyahısındadır" və bu səbəbdən ABŞ istehsalı olan komponentlər və texnologiyaları əldə edə bilmir.

ABŞ "Huawei" şirkətini Çinin hərbçiləri və kəşfiyyatı ilə əməkdaşlıq etməkdə və istifadəçiləri izləməkdə ittiham edir. Şirkət isə öz növbəsində ittihamların əsassız olduğunu, siyasi məqsəd daşıdığını və bazar rəqabəti prinsiplərini pozduğunu bildirir.

Milli.Az