Dəməşq raket hücumuna məruz qalıb

14 Fevral 2020 08:21

Suriyanın paytaxtı Dəməşq şəhəri raket hücumuna məruz qalıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "SANA" agentliyi xəbər verir.

Bildirilir ki, Suriyanın hava hücumundan müdafiə sistemləri bir neçə raketi vura bilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Milli.Az