ABŞ-ın İraqdakı hərbi bazası raket hücumuna məruz qalıb

13 Fevral 2020 23:34

İraqın şimalında yerləşən hərbi baza raket hücumuna məruz qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən "Sky News Arabia" telekanalı xəbər verib.

Telekanalın məlumatına əsasən, raket atəşinə məruz qalan hərbi bazada ABŞ hərbçiləri yerləşdirilib.

Milli.Az