Avstraliya koronavirusla bağlı səyahət qadağasını uzadıb

13 Fevral 2020 21:38

Avstraliya bu yaxınlarda materik Çinə səfər edən xarici vətəndaşların, əsasən də Çində olmaqla, 1300-dən çox insanın ölümünə səbəb olan virus səbəbiylə ölkəyə girişnə dair qadağanın müddətini uzadıb.

Ölkənin baş naziri Skott Morrison cümə axşamı qadağanın daha bir həftə uzadılacağını deyib və hansı qərar veriləcəyinin bundan sonrakı vəziyyətdən asılı olacağını bildirib.

Morrison qadağanın uzadılması qərarının səhiyyə rəsmilərinin tövsiyələrinə əsaslandığını və avstraliyalıların qorunması üçün prosedurların həyata keçirildiyini deyib.

14 günlük qadağa şənbə günü başa çatmalı idi. Çinin Avstraliyadakı səfirliyi Avstraliyanin koronavirusla bağlı səyahət qadağasını tənqid edib. Bu qanun Çindən Avstraliyaya səyahət edən bütün xarici vətəndaşların ölkəyə girişini qadağan edir.

Milli.Az