MSK Fəzail Ağamalının lider namizəd olduğu dairə ilə bağlı qərar verdi

13 Fevral 2020 19:32

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsində səsvermə nəticələri ilə bağlı şikayətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sonda həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, 60 saylı Salyan-Neftçala seçki dairəsinin lider namizədi Fəzail Ağamalıdır.

Milli.Az