ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

13 Fevral 2020 20:58

ABŞ Rusiyanın 3 şirkətinə sanksiya tətbiq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumat Dövlət Departamentinin Federal reyestrində dərc olunub. 

Sanksiyaya məruz qalan şirkətlər Tula şəhərindəki Şipunov adına Cihazqayırma Konstruksiya Bürosu, Maşınqayırma Elmi-İstehsalat Birliyi və "Kumertausk Aviasiya istehsalı müəssisəsi" Açıq Səhmdar Cəmiyyətidir.

Milli.Az