Hakim Ziyeş rəsmən "Çelsi"də

13 Fevral 2020 16:50

"Çelsi" "Ayaks"ın yarımmüdafiəçisi Hakim Ziyeşi transfer edib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, mərakeşli futbolçu yayda London klubuna qoşulacaq. "Zadəganlar" 26 yaşlı futbolçunun transferi üçün Amsterdam təmsilçisinə 40 milyon avro təzminat ödəyib.

"Ayaks" Mərakeş millisinin üzvünü 2016-cı ildə "Tvente"dən 11 milyon avroya transfer etmişdi.

Milli.Az