"Qarabağ"dan yeni layihə - Bölgələrdə futbolçu seçəcək

13 Fevral 2020 19:49

"Qarabağ"ın akademiya heyəti bu gün Müşfiqabad qəsəbəsində olub.

Milli.Az xəbər verir ki, məşqçi heyətinin iştirakı ilə 100-dən çox uşağa baxış keçirilib. Ağdam klubu bu layihəni reallaşdırmaqla komandaya və Azərbaycan futboluna yeni adlar qazandırmağa çalışır.

Bu layihə digər bölgələrdə də keçiriləcək.

Milli.Az