Ötən il 2042 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

14 Fevral 2020 07:52

2019-cu ildə 2042 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 2042 nəfər və Azərbaycandan gedən 1654 nəfər qeydə alınıb.

Bununla da Azərbaycanda miqrasiya saldosu müsbət 350 nəfər olub.

Milli.Az