Obama Polşaya bir neçə saatlıq səfər edəcək
17 Aprel 2010 12:53
Milli.Az xəbər portalının "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, Polşanın mərhum prezidenti Lex Kaçinskinin dəfn mərasiminə qatılmaq üçün oraya yollanan Obamanın səfəri 3,5 saat davam edəcək. Onun təyyarəsi dəfn mərasiminin başlanmasından 35 dəqiqə əvvəl Krakova enəcək. Mərasimdən dərhal sonra isə Ağ Ev rəhbəri vətəninə dönəcək.
Milli.Az