Ödündə daş olduğunu özün yoxla – Necə bilməli?

13 Fevral 2020 21:05

Öd kisəsi ödün toplandığı kisə kimi orqandır, qaraciyərin altında yerləşir.

Öd kisəsinda yaranan daşkara kalkulyoz xolesistit deyilir. Bu gün ödündə daş olmayan insan azdır.

Daş əmələ gəlməsinin səbəbləri isə müxtəlifdir: irsi meyillik, öd axarının tutulması, ödün özünün tərkibinin pis olması, qidalanma, iltihab, oturaq həyat.

Öddə daş ciddi xəstəlikdir və sizdə daş olub-olmadığını bir neçə üsulla özünüz də təyin edə bilərsiz.

Milli.Az medicina.az-a istinadən həmin əlamətləri təqdim edir.

- Göbək ətrafı, üstü hissəyə güclü şəkildə basdıqda, bərk ağrı. Əvvəlcə göbəkdən 2 sm yuxarı, sonra 2 sm sağa tərəf

- Sağ qabırğaaltında acqarına və yedikdən sonra basdıqda ağrı.
- Səhərlər həmin hissədə ağrı, ürəkbulanma, yüngül qusma, qusmada sarı ödün olması

- Yağlı, qızardılmış, duzlu, istiotlu yeməklərdən sonra köp, həzmsizlik, ağırlıq, sanki ödün bu qidalara çatmaması hissi

- Sarılıq - göz içi, dibi və ovuclarınızın içi saralıbsa, 100% öd axarı tutulub və bu artıq ciddi siqnaldır.
- Öd kisəsi səhər tezdən, acqarına UZİ-də yoxlanmalıdır.

Milli.Az