Messi ilə məsləhətləşiblər, o da "hə" deyib

14 Fevral 2020 04:30

"Barselona" ötən ilin yayında Neymarın geri qaytarılması üçün fəaliyyət göstərib. 

Milli.Az kaspi.az-a istinadən xəbər verir ki, bu barədə "Barsa"nın sabiq vitse-prezidenti Jordi Mestr məlumat verib. O, məsələ ilə bağlı Messi ilə məsləhətləşdiklərini də bildirib: 

"Bəli, ötən yay biz Neymarın qayıtması ilə bağlı Messi ilə məsləhətləşmişik. O, bizim kapitandır və bununla bağlı onun fikrini öyrənməli idik. 
 
Biz əvvəlki kapitanlarla da belə məsləhətləşmələr aparırdıq. Onu da deyim ki, Messi bizim ideyamızı bəyəndi".

Milli.Az