Salahı çağırıblar, amma özünün xəbəri yoxdur

14 Fevral 2020 07:35

"Liverpul"un futbolçusu Məhəmməd Salah Olimpiadada iştirak edəcək yığmaya çağırılıb. 

Milli.Az kaspi.az-a istinadən bildirir ki, bu barədə Misirin U-23 yığmasının baş məşqçisi Şavki Qərib məlumat verib. Amma o, bu barədə hələ Salaha məlumat vermədiklərini də deyib: 

"3 yaşlı futbolçudan yalnız birini - Salahı yığmaya çağıracağımızı dəqiqləşdirmişik. O, dünyanın 3 ən yaxşı futbolçusundan biridir. 
 
Hələlik, bununla bağlı Məhəmmədlə müzakirə aparmamışam. Amma bilirəm ki, Olimpiadada iştirak üçün o, daha artıq qüvvə sərf etməlidir".
 
Futbolçunun agenti Rami Abbas bildirib ki, Salah Olimpiadada iştirakla bağlı qəti qərar qəbul etməyib. 

Milli.Az