Piyada keçidində maşın uşağı havaya uçurdu - ANBAAN VİDEO

14 Fevral 2020 08:12

Sürücü piyada keçidində 3 aylıq körpəni uşaq arabasında elə vurdu ki, körpə uşaq arabası ilə birgə göyə uçdu.

Milli.Az xəbər verir ki, hadisə Ukraynanın Zaporojye vilayətinin Enerqodare şəhərində baş verib.

Belə ki,  hadisə ana kolyaska ilə piyada keçidini keçərkən  baş verib. Gözlənilmədən  sürətlə hərəkət edən "ZAZ Slavuta" markalı avtomobilin sürücüsü  yüksək sürətlə piyada keçidindən keçən  uşaq arabası ilə keçən ananı vurub. Nəticədə, uşaq uşaq arabası ilə  bir neçə metr göyə uçub. Xoşbəxtlikdən 3 aylıq körpə ölməsə də, vəziyyəti həddən artıq ağırdır. Avtomobilin qəza törətməsi anbaan videokameraya düşüb.

Araşdırma zamanı bəlli olub ki, sürücü həmin anda içkili olub. (ölkə.az)

Milli.Az