Abdullah Avcı Azərbaycan millisindən imtina etdi

13 Fevral 2020 11:56

Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Abdullah Avcı AFFA-nın təklifini qəbul etməyib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis milli komanda çalışdırmaq istəmədiyini və bir müddət istirahət etmək istədiyini bildirərək, təklifi rədd edib.

Abdullah Avcı mövsümün gedişində "Beşiktaş"dan ayrılıb.

Milli.Az