Türkiyədə koronavirusun diaqnostikasında istifadə olunacaq yeni cihaz hazırlanıb

14 Fevral 2020 07:14

Türkiyədə koronavirusun diaqnostikasında istifadə olunacaq yeni cihaz hazırlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Bildirilib ki, hazırda dünyada istifadə edilən üsulla virus orqanizmdə 4-24 saat ərzində aşkarlanır. Lakin yeni üsul vasitəsilə bu nəticəni 90-120 dəqiqəyə əldə etmək mümkündür. Testin 99.5 faiz doğru nəticə verdiyini qeyd edən nazir yeni cihazın ölkə xaricində də satışının planlaşdırıldığını bildirib.

Milli.Az