İstanbulda qəzaya uğrayan təyyarənin "qara qutu"su Almaniyada araşdırılacaq

14 Fevral 2020 04:04

İstanbulun Sabiha Gökçən hava limanında eniş edərkən qəzaya uğrayan təyyarənin "qara qutu"su Almaniyada araşdırılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyanın Qəza Təhqiqatı İdarəsi tərəfindən aparılacaq təhlilin bir həftə ərzində başa çatdırılması, ilkin hesabatın isə bir ay ərzində hazırlanması gözlənilir. Araşdırmaların fevralın 13-də başlaması planlaşdırılır.

Xatırladaq ki, fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul aviareysini yerinə yetirən təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Hadisə zamanı üç nəfər həlak olub.

Milli.Az