Hindistanda dəhşətli qəza: 14 nəfər öldü

13 Fevral 2020 09:11

Hindistanın Uttar Pradeş şəhərində baş verən yol qəzasında ən az 14 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli polisə istinadən bildirib.

Hadisə fevralın 12-i axşam saatlarında magistral yolda baş verib. Qəzaya səbəb sərnişin avtobusunun yük maşını ilə toqquşması olub.

Əlavə məlumat verilməyib.

Milli.Az