48,2 min nəfər koronavirusa yoluxub

13 Fevral 2020 08:28

Çinin Hubey əyalətində koronavirusa yoluxanların sayı 48,2 minə çatıb, 3441 nəfər xəstəxanlardan evə buraxılıb, 1310 nəfər dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Regional Səhiyyə Komitəsi məlumat verib.

Əyalətdə 14840 yeni yoluxma faktı təsdiqlənib. Xəstəxanlarda 33 mindən çox insan müalicə olunur. Onlardan 5647-si ağır vəziyyətdədir. 

Milli.Az