Kolumbiyada təyyarə qəzasında 4 nəfər ölüb

13 Fevral 2020 07:05

Ən azı 4 nəfər Kolumbiyanın paytaxtının şimalında meydana gələn təyyarə qəzasının qurbanı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Kolmbiya Mülki Aviyasiya İdarəsi bildirib.

Bildirilib ki, təxminən 15:44 radələrində HK-4686 nömrəli iki mühərrikli bir təyyarə şəhərin şimalında yerləşən Quaymaral Hava limanı yaxınlığında qəzaya uğrayıb:

"İlkin məlumatlara görə, təyyarənin 4 sərnişini həlak olub".

Qəza yerində artıq xilasetmə xidmətləri və idarə nümayəndələri işləyir.

Milli.Az