Azərbaycanda bir ailənin 3 üzvü turşudan zəhərləndi - Ana öldü

12 Fevral 2020 22:55

İmişlidə bir ailənin 3 üzvü turşudan zəhərlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən evdə qeydə alınıb. Belə ki, rayon sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlu, 1968-ci il təvəllüdlü Ağayeva Sayalı Sarış qızı və onların qızı 2005-ci il təvəllüdlü Ağayeva Samirə Elman qızı pomidor turşusundan zəhərlənib. Zəhərlənənlər İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Sayalı Ağayevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az