Portuqaliyalı gənclər daha bir iqlim tətili üçün çağırış ediblər

12 Fevral 2020 23:57

Martın 13-də gənc portuqaliyalı fəallar daha bir qlobal tələbə iqlim tətilinə qoşulacaqlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Climate Strike Portuqal" tərəfindən bu gün dərc olunan açıqlamada "Fridays For Future" tələbə hərəkatının beynəlxalq müraciəti davam etdirəcək Mart iqlim tətilinin hədəfinin iqlim ədaləti dalğasını başladılmasına və ətraf mühitin qorunması üçün siyasi tədbirlərin qəbul edilməsinə çağırış olduğu bildirilir.

"2019-cu ildə baş verən iqlim tətillərindən sonra iqlim böhranının artan təhlükəsi qarşısında hələ təsirli tədbirlər görülməyib. Planetimizi alov bürüyüb və yüzilliyə yekun vurmaq üçün on ilimiz var", - deyə "Climate Strike Portuqal"ın sənədində deyilir.

Martın 13-də tətillər Lissabonda, Portuda, Aveiroda, Penafieldə, Pikoda keçiriləcək.

Gənclər hərəkatı Portuqaliyada hələ də mövcud olan neft və qaz güzəştlərinə son qoymağın, lityum batareyaları əvəz edə biləcək və təbii qazdan istifadə edə biləcək həqiqətən davamlı alternativləri araşdırmağın və milli nəqliyyat sistemini, xüsusən də dəmir yolunu elektrikləşdirməyin tərəfdarıdır.

Milli.Az