“Bavariya” yayda onu göndərəcək

12 Fevral 2020 18:34

Almaniyanın "Bavariya" klubu yayda futbolçusu Korentin Tolissonu satacaq.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Xəbərdə, baş məşqçi Hansi Flikin "gözünə girə bilməyən" 25 yaşlı yarımmüdafiəçinin satılacaq oyunçular siyahısında birinci olduğu bildirilir.

"Bavariya" Tolissonu 2017-ci ilin yayında "Lion"dan transfer edib. Fransa milli komandasının da üzvü olan yarımmüdafiəçi, bu mövsüm Bundesliqada 10 oyunda iştirak edib.

Milli.Az