Avropanın ən böyük üzən günəş elektrik stansiyası tikilir

12 Fevral 2020 23:24

Almaniyanın bərpaolunan enerji şirkəti "Baywa r.e." Avropanın ən böyük üzən günəş elektrik stansiyasının inşasına başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 27 meqavatlıq "Bomhofsplas" günəş elektrik stansiyası Niderlandın Zvolle şəhərindəki bir göldə qurulacaq və 73 min günəş panelindən ibarət olacaq. İki həftə ərzində stansiyanın inşasının üçdəbiri tamamlanıb.

Milli.Az