Azərbaycan nefti bahalaşdı

12 Fevral 2020 19:44

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 11-də 59,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 52,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,94 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 53,74 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.

Milli.Az