Poçt şöbəsində iki partlayış oldu

12 Fevral 2020 16:54

Amsterdamda poçt şöbəsində iki partlayış baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, birinci partlayış səhər saatlarında olub. Ondan az sonra isə ikinci partlayış baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bombaların bağlamaların içində gizlədildiyi ehtimal olunur.

Milli.Az