Kasilyas prezident olmaq istəyir

12 Fevral 2020 15:59

"Portu"nun qolkiperi İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidentliyinə namizəd olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 38 yaşlı qapıçı mart ayında keçiriləcək seçkilərdə hazırkı prezident Luis Rubialesə rəqib olacaq.

Kasilyas karyerasını bitirdikdən sonra funksioner olmaq niyyətindədi.

O, seçki kampaniyası çərçivəsində İspaniya millisindəki keçmiş komanda yoldaşlarından dəstək istəyib.

Milli.Az