Əli Həsənov: “Azərbaycan ABŞ-la bağlı siyasətinə yenidən baxa bilər”
17 Aprel 2010 12:25
Milli.Az xəbər portalı "Reuters"ə istinadən xəbər verir ki, Prezident Administrasiyasının şöbə müdiri Ağ Evin Ermənistanla bağlı mövqeyini tənqid edib. Onun sözlərinə görə, ABŞ Azərbaycana qarşı strateji müttəfiqlik siyasəti yürütmür. Əli Həsənov bəyan edib ki, Azərbaycan da bu səbəbdən ABŞ-la bağlı siyasətinə yenidən baxa bilər.
Prezident Administarsiyasının şöbə müdiri deyib ki, Birləşmiş Ştatlar yalnız iqtisadi böhranın öhdəsindən gəlməsi üçün Ermənistana necə yardım edə biləcəyini düşünməməlidir: "Vaşinqton ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunmasına çalışmaldıır"
Əli Həsənov Azərbaycanın ABŞ-la birlikdə çoxsaylı transmilli enerji layihələrində iştirak etdiyini də xatırladıb.
Milli.Az