Eden Azar sıraya döndü

12 Fevral 2020 12:08

"Real"ın futbolçusu Eden Azar zədəsini sağaldıb. Belçikalı oyunçu artıq kollektivlə birlikdə məşqlərə qoşulub.

Milli.Az xəbər verir ki, Azarın La Liqanın XXIV turunda "Selta"ya qarşı ev matçında meydana çıxması istisna edilmir.

29 yaşlı futbolçu noyabrın 26-da Çempionlar Liqasının qrup mərhələsinndə PSJ ilə görüşdə (2:2) zədələnib.

Milli.Az