Peyğəmbərimiz bu halda behişti zəmanət vermişdi

16 Fevral 2020 22:55

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mənim üçün beş şeyi öhdəsinə götürərsə, behişti onun üçün zəmanət edərəm.

1. Allah Təala ilə riyasız olmaq.

2. Onun Rəsulu (s) ilə riyasız olmaq.

3. Allah Kitabı ilə riyasız olmaq.

4. Allah dini ilə riyasız olmaq.

5. Müsəlmanlar ilə riyasız olmaq".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "6 şeyi mənim üçün öhdənizə götürsəniz, mən də behişti sizin üçün öhdəmə götürərəm:

1. Nə zaman danışsanız, yalan deməyin.

2. Nə zaman söz versəniz, vəfasızlıq etməyin.

3. Nə zaman sizi əmin bilsələr, xəyanət etməyin.

4. Gözlərinizi (harama) yumun.

5. Şəhvətinizi qoruyun.

6. Əl və dilinizi saxlayın".

Allah Təala bizləri bu buyuruşlara əməl edənlərdən qərar versin!

Milli.Az