Bülent Korkmazın yeni iş yeri bilindi

12 Fevral 2020 11:30

Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bülent Korkmaz çalışdıracaq. 51 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

O, bu vəzifədə Aykut Kocamanı əvəz edib.

Qeyd edək ki, Bülent Korkmaz son olaraq "Antalyaspor"u çalışdırıb.

Milli.Az