İmam Hüseyn və Həzrəti Abbasın bayraqları Azərbaycana gətiriləcək
28 Noyabr 2011 11:45
Milli.Az xəbər portalı "Əhli Beyt"ə istinadən bildirir ki, bayraqlar ilk öncə müqəddəs Qum şəhərinə gətiriləcək, İslam Alimləri və bir sıra inanclılar tərəfindən təbərrük edildikdən sonra Azərbaycan xalqına hədiyyə olaraq göndəriləcək. Srağagün İslam ümmətinin imamı, azadlıq rəmzi, şəhidlər ağası İmam Hüseyn və vilayət tabeçisi, vəfadarlıq nümunəsi Əbülfəzl Abbas həzrətlərinin müqəddəs məqbərələri üzərində sancılmış İslam bayraqları hərəmin xadimləri tərəfindən yenisi ilə əvəz edildi.
Bir neçə ildən bir yenisi ilə əvəz edilən bayraqlar İslam dünyasının müxtəlif ölkələrinin müsəlman xalqına ithaf edilir. Bu il bu şərəf Əhli Beyt məmləkəti olan Azərbaycan xalqına nəsib oldu.
Milli.Az