Keçmiş əri və keçmiş sevgilisi "Survivor"da - FOTO

12 Fevral 2020 10:40

Türkiyənin məşhur aktrisası Gamze Özçelikin keçmiş həyat yoldaşı Uğur Pektaş və keçmiş sevgilisi Mert Öcal "Survivor Məşhurlar" komandasında birlikdə yarışacaqlar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, yarışmanın iştirakçıları arasında xüsusilə diqqət çəkən adlar Uğur Pektaş və Mert Öcal olub.

Gamze Özçelik ilə 2 il münasibətdə olan Mert Öcal və aktrisanın 4 il evli qaldığı Uğur Pektaş eyni komandada yarışacaqlar.

Qeyd edək ki, Gamze Özçelikin Uğur Pektaş ilə evliliyindən bir övladı var.

Milli.Az