Amit Quluzadə oynamadı, komandası uduzdu
28 Noyabr 2011 13:00
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin də şərəfini qoruduğu Türkiyənin "Kayseri Erciyesspor" klubu Bank Asya liqasında növbəti görüşünə çıxıb.
Qol.Az-ın məlumatına görə, Kayseri təmsilçisi bu dəfə səfərdə "Göztəpə"nin qonağı olub.
İlk hissədə məğlub duruma düşən "Kayseri Erciyesspor" fasilədən sonra hesaba tarazlıq gətirsə də Amitin komandası məğlubiyyətdən qaça bilməyib - 1:2. Bu məğlubiyyətdən sonra "Kayseri Erciyesspor" 25 xalla turnir cədvəlinin ikinci pilləsində qalıb.
Qeyd edək ki, Amit bu görüşdə də ehtiyat oyunçular skamyasında əyləşib. Lakin ötən turda 1 dəqiqə oynayan həmyerlimiz bu matçda ümumiyyətlə meydana çıxmayıb.
Milli.Az